UEFA-dan “Qarabağ”a 1,7 milyon avro

"Qarabağ" UEFA-dan növbəti ödənişi alıb.

Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

UEFA tərəfindən Ağdam təmsilçisinə 1 milyon 700 min avro ödənilib. Bu vəsait Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəldiyi üçün ayrılıb. Bu maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"ın hesabına köçürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31