Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - FOTO

Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov "Neftçi"nin futbolçusu Qara Qarayevə dəstək olub. 

Olaylar.az xəbər verir ki, o, öz instaqram hesabında futbolçunun fotosunu "Huge respect" başlığı ilə paylaşıb.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutmuş "Neftçi"- "Qarabağ" derbisindən sonra Ağdam təmsilçisinin azarkeşləri Qara Qarayevi təhqir etmişdi. 

Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevi paylaşaraq ona dəstək nümayiş etdiriblər. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31