2024-cü ilin bombardirləri açıqlanıb
3 Aprel 2024 10:12 İdman2024-cü ilin ən məhsuldar futbolçuları açıqlanıb.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS-in cədvəlinə Akram Afif başçılıq edir.
Qətər millisinin və "Əl-Sədd"in hücumçusu ilin ilk üç ayında 20 qola imza atıb. Viktor Qyokeres İsveç millisi və "Sportinq"də ümumilikdə 19 dəfə fərqlənib. İlk "üçlüy"ü Kilian Mbappe qapayır. Fransa millisinin və PSJ-nin ulduzu 17 qola sevinib.
Qeyd edək ki, cədvəldə ən azı 10 qol vuran 52 futbolçu yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31