“Napoli”nin Konte planı
2 Aprel 2024 21:10 İdmanİtaliyalı mütəxəssis Antonio Konte "Napoli"nin baş məşqçi vəzifəsinə namizəddir.
Olaylar.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında xəbər yer alıb.
Neapol klubunun prezidenti Aurelio De Laurentisin Konte ilə yaxşı münasibətləri var. Klub rəhbərliyi yayda təcrübəli məşqçiyə transfer bazarında yüksək səlahiyyətlər verməklə, onu yola gətirməyə çalışacaq.
Qeyd edək ki, Konte karyerası ərzində "Yuventus", "Çelsi", "İnter" və "Atalanta" kimi klublarda fəaliyyət göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31