İTV-nin baş direktoruna AFFA-da yüksək vəzifə verildi
2 Aprel 2024 12:50 İdmanAFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.
Olaylar.az bildirir ki, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.
Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.
Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.
Qeyd edək ki, B. Qasımov eyni zamanda İTV-nin baş direktorudur. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31