Baş katib postuna ən real namizəd bu şəxsdir? – SON DƏQİQƏ

AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.

Konfransda AFFA-ın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. 

Son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdyllayev namizədliyini irəli sürməyib. Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan, o, AFFA-nın növbəti şefi seçiləcək.

Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olacaq.

Konfransda AFFA İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənəcək və... Yeni baş katibin kimliyinə də aydınlıq gələcək.

2022-ci ildə Elxan Məmmədovu bu postda əvəzləmiş Sərxan Hacıyevin yerinə ən real namizəd Ramin Həsənovdur. 

O, vaxtilə AFFA-da çalışıb, Elxan Məmmədovun əsas kadrlarından biri olub. "Mançester Yunayted" Yay Futbol Məktəbində fotoqraf, inzibatçı və təlimatçı işləyib.

Daha sonra - 2016-cı ildə "Səbail"ə göndərilib. Dörd ilə yaxındır ki, Bayıl klubunu "Sabah"a dəyişib, burada icraçı direktor vəzifəsinə yiyələnib. (Sportinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31