“Neftçi”, yoxsa “Qarabağ”?
2 Aprel 2024 10:20 İdmanBu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, ilk oyunlar çərçivəsində baş tutacaq günün yeganə matçı Bakıda təşkil olunacaq.
Ölkənin iki ən titullu klubu "Neftçi Arena"da qarşılaşacaq. Titul həsrətində olan "Neftçi" artıq çempionluğu təmin edən "Qarabağ"ı qəbul edəcək.
Qeyd edək ki, ilk oyunlara sabah baş tutacaq "Zirə" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
2 aprel (çərşənbə axşamı)
20:00. "Neftçi" - "Qarabağ"
"Neftçi Arena"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31