Dani Alvesin azadlığa çıxması üçün 1 milyonu kimin ödədiyi bəlli oldu
1 Aprel 2024 13:40 İdman1 milyon avroluq girov qarşılığında azadlığa buraxılan Dani Alves üçün bu məbləğin kimin ödədiyi bəlli olub.
Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, pul ödənişi veteran futbolçunun ölkəsində dərc edilən jurnallardan biri tərəfindən həyata keçirilib.
Adı qeyd olunmayan jurnalın bu addımı atmaqda məqsədi Alvesdən yaxın günlərdə geniş müsahibə almaq istəyi olub. Razılığa əsasən, braziliyalı həbsxanada yaşadığı bütün maraqlı anlar haqqında danışacaq.
Qeyd edək ki, fevralın 22-də Alves cinsi təcavüzdə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl onun üçün 1 milyon avroluq girovu Neymar və Memfis Depayın ödədiyi də deyilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31