Juninyonun transferinə klub prezidenti qarışdı
1 Aprel 2024 10:35 İdman"Beşiktaş" "Qarabağ"ın hücumçusu Juninyonun transferini həll etmək niyyətindədir.
Olaylar xəbər verir ki, "qara qartal"ın prezidenti Hasan Arat braziliyalı futbolçunun keçidində maraqlıdır. O, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəllə görüş təyin edəcək.
İstanbul təmsilçisinin heyəti forvardın qiymətini 8 milyon avrodan aşağı salmaqdır.
Qeyd edək ki, Juninyonun "Qarabağ"la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. (referans.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31