Millimizin AVRO-2024-dəki potensial rəqibləri bəlli olub (FOTO)

Minifutbol üzrə Avropa çempionatının püşkatmasının tarixi və səbətləri bəlli olub.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, final mərhələsinin iştirakçıları aprelin 4-də qruplara bölünəcək.

Azərbaycan millisi püşkatmada 1-ci səbətdə yer alacaq. Qrup mərhələsində 24 komanda 6 "dördlüy"ə bölünəcək.

1-ci səbət: Azərbaycan, Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan və Slovakiya;

2-ci səbət: Ukrayna, Macarıstan, Fransa, Çexiya, Serbiya, Monteneqro;

3-cü səbət: İspaniya, İngiltərə, Polşa, Gürcüstan, İtaliya, Sloveniya;

4-cü səbət: Yunanıstan, Portuqaliya, Albaniya, Türkiyə, Avstriya, Xorvatiya.

Qeyd edək ki, iyunun 1-dən 9-dək keçiriləcək qitə çempionatına Bosniya və Herseqovina ev sahibliyi edəcək.

Millimizin AVRO-2024-dəki potensial rəqibləri bəlli olub (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31