Ronaldodan antirekord

Portuqaliyalı ulduz Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında ən çox qol epizodu qaçıran futbolçudur.

Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, "Əl-Nəsr"in 39 yaşlı hücumçusu cari mövsümün arxada qalan hissəsində 20 real qol vəziyyətini boşa verməklə antirekord müəllifi olub.

"Əl-Hilal"ın serb forvardı Aleksandar Mitroviç ikincidir. O, 19 belə xətaya yol verib.

İlk "üçlüy"ü Mussa Dembele qapayır. "Əl-İttifaq"ın hücumçusu 15 imkandan yararlana bilməyib.

Qeyd edək ki, 22 oyunda 23 qol vuran Ronaldo çempionatın bombardiridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31