Kafu villasını satır – borca görə

Braziliya yığması və "Milan"ın müdafiəçisi Kafi San-Paulu ştatındakı villasını satacaq.

Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, buna səbəb veteran futbolçunun borclu olmasıdır.

Yayılan məlumatlara görə, Kafu villasını 7,4 milyon avroya satmağı planlaşdırır. Əgər satıcı tapılmasa, daşınmaz əmlakın dəyəri 2 dəfə ucuzlaşa bilər. 4 mərtəbəli villanın sahəsi 2,5 min kvadrat metrdir. Orada 4 lüks nömrə, futbol meydanı, kinozal, mükafatlar otağı və sauna var.

Qeyd edək ki, Kafunun 1,8 milyon avro borcu olduğu xəbərləri yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31