Milli Gimnastika Arenasında çıxış etmək mənim üçün vacibdir və bir az da həyəcanlıdır - Azərbaycan çempionatının qalibi
23 Mart 2024 17:25 İdmanMilli Gimnastika Arenasında çıxış etmək mənim üçün vacibdir, əladır və əlbəttə ki, bir az da həyəcanlıdır.
Bunu Trend-ə bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının qalibi, "Ocaq Sports" klubunun yetirməsi Maya Kozaçuk deyib.
Xatırladaq ki, gimnastlar arasında "yeniyetmələr" yaş kateqoriyasında (2011-ci il təvəllüdlü) Kozaçuk fərdi çoxnövçülükdə, eləcə də, gürz və lentlə hərəkətlərə görə qızıl medala, halqa və topla hərəkətlərlə bağlı proqrama görə isə gümüş mükafatlara layiq görülüb.
"Yarış genişmiqyaslıdır, çempionatda, xüsusən də final günündə təəssürat gözəldir. Yarışın sonuncu günündə dünənkindən daha yaxşı nəticə göstərdim. Azərbaycan çempionatı mənim builki ilk yarışımdır. Bu yaxşı başlanğıcdır", - deyə idmançı qeyd edib.
Maya Kozaçuk hələ də halqa proqramı üzərində işləməli olduğunu deyib:
"Halqa məşqi mənim üçün yenidir, hələ də üzərimdə işləməliyəm. Mənim də gözəl musiqi üçün dərnəklərlə yeni proqramım var, gözəl məşq üçün məşqçiyə təşəkkür edirəm".
Qeyd edək ki, yarışlar 21-23 mart tarixlərində keçirilir. Yarışlarda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri iştirak edir.