Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı
23 Mart 2024 17:22 İdman21 yaşadək futbolçular arasında AVRO-2025-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Ukrayna matçının hakimləri bəlli olub.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, ədalət təmsilçilərini UEFA-nın mətbuat xidməti açıqlayıb.
Martın 26-da keçiriləcək qarşılaşmanı Xorvatiyadan olan hakimlər idarə edəcəklər. Dario Bel matçın baş hakimi olacaq.
Ona Qoran Pataki və İvan Yaniç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu "Azərsun Arena"da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31