AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşdi
23 Mart 2024 16:30 İdmanAFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib.
Olaylar.az milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb.
AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf - Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən
AFFA İcraiyyə Komitəsinə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer
1. Səməd Qurbanov - "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov - "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov - "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov - "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer
1. Elşad Nəsirov - Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov - Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer
1. Könül Mehtiyeva - İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov - Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer
1. Ülvi Mansurov - Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova - Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən