Maradona ilə müqayisə edilən "Qvaradona": “O, Neapolun tanrısıdır”

"Maradona ilə müqayisə? O, Neapolun tanrısıdır. Onunla müqayisə olunmaq böyük şərəfdir".

Olaylar.az xəbər verir ki, bunu İtaliyanın "Napoli" klubunun futbolçusu Xviça Kvaratsxeliya deyib.

Gürcü futbolçu neapollu azarkeşlərin onun haqqında yazdıqları "Dieqo Armandonun varisi" statusunu şərh edib. O bildirib ki, "Napoli" fanatlarının onu "Qvaradona" adlandırdıqları üçün inanılmaz dərəcədə qürur duyur: "Təbii ki, mən özümü onunla müqayisə edə bilmərəm, çünki o, tarixin ən yaxşı oyunçularından biridir. Bu, mənim üçün çox şey deməkdir".

Xviça şərəfini qoruduğu klub haqqında da fikirlərini bölüşüb: "Napoli"də oynamaqdan çox məmnunam. "Napoli" böyük əfsanələri olan nəhəng klubdur. Maradona burada oynayıb və ondan yaxşısı yoxdur. Bu kimi amillər burada oynamağı unudulmaz edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31