Ramil Şeydayevin komandasının prezidenti istefa verib - SƏBƏB
16 Mart 2024 12:52 İdmanAzərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" başsız qalıb.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, 1-ci Liqa təmsilçisinin prezidenti Engin Koyun istefa verib.
Buna komandanın ardıcıl 6 matçda qələbə üzünə həsrət qalması səbəb olub. Onu mövsümün sonuna qədər vəkili Rəcəb Durul əvəzləyəcək.
Qeyd edək ki, "Kocaelispor" 27 turdan sonra 45 xalla 3-cü pillədə qərarlaşıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31