Azərbaycanda azarkeşləri təhqir edən futbolçularla bağlı qərar verilib
15 Mart 2024 18:36 İdman"Şəfa"nın azarkeşləri təhqir edən futbolçularının taleyinə aydınlıq gəlib.
Olaylar.az xəbər verir ki, oyunçuların davranışını AFFA-nın İntizam Komitəsində müzakirə olunub.
II Liqanın XVI turunun "Şəmkir"lə səfər görüşündə "fərqlənən"lər cəzalarını alıblar. Qarşılaşmanın 28-ci dəqiqəsində Nicat Abbasov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu üzdən futbolçu 4 oyun cəzalanıb. O, klubunu 350 manat cəriməyə məruz qoyub.
Matçın 33-cü dəqiqəsində Ramiz Qasımovun ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra oyunun baş hakimi və azarkeşləri təhqir edib. O, 4 matçlıq cəzalanıb. "Şəfa" klubu 350 manat cərimə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31