Messi Səudiyyə Ərəbistanında reklama çəkildi, Ronaldunun azarkeşləri etiraz etdilər
13 Mart 2024 21:09 İdman"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanında reklama çəkilib.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, Argentinalı futbolçu ərəb geyim dəstində Səudiyyə Ərəbistanının məşhur "Sayaar" geyim brendini reklam edib.
Qeyd edək ki, L.Messinin Səudiyyə Ərəbistanında reklama çəkilməsi bəzi futbolsevərlər tərəfindən müzakirələrə yol açıb.
Ronaldunun azarkeşləri isə Səudiyyə Ərəbistanında ən məşhur sima portuqaliyalı olduğu halda L.Messiyə müraciət edilməsindən narazı qalıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31