Bütün fikrimizi bu görüşə yönəltmişik - Qurban Qurbanov
13 Mart 2024 20:26 İdmanBizim üçün çox vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Avropa Liqasının 1/8 finalının cavab matçında "Bayer"in qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis cavab matçında diqqətli olmağın vacibliyini vurğulayıb:
"Diqqətli olmalıyıq. Bu stadionda yenidən oynamaq xoşdur. Bütün fikrimizi bu görüşə yönəltmişik. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə diqqətli olmalıyıq".
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31