“Bayer”in futbolçusu “Qarabağ”la keçiriləcək oyun barədə fikirlərini açıqlayıb
13 Mart 2024 11:02 İdmanQarabağ"a qarşı necə oynamalı olduğumuzu yaxşı bilirik.
Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Bayer"in futbolçusu Qranit Caka deyib.
32 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la sabah keçiriləcək oyunu barədə fikirlərini açıqlayıb.
İsveçrəli futbolçu Almaniya klubuna qələbə üçün nəyin lazım olduğunu açıqlayıb: "Bundesliqada necə oynadığımızı, amma avrokubokların tam fərqli olduğunu başa düşürük. Pley-off sistemli oyunlar başqadır. Lakin nə etməli olduğumuzu da bilirik. Soyuqqanlılığı və konsentrasiyanı qorumalıyıq. Ümid edirəm ki, növbəti mərhələyə biz keçəcəyik".
Qeyd edək ki, "Bayer" - "Qarabağ" görüşü sabah Leverkuzendəki "BayArena"da baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31