Messi ərəb brendinin siması olub

Lionel Messi Səudiyyə Ərəbistanında geyim brendinin reklamına çəkilib.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, Argentina millisinin və "İnter Mayami"nin hücumçusu "Sayyar" brendinin siması olub.

Bu şirkət geyim və digər aksessuarların istehsalçısıdır.

Brendin "X" səhifəsində Messinin çəkildiyi videoçarx paylaşılıb. O, videoya ənənəvi ərəb geyimində çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31