Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
12 Mart 2024 16:54 İdmanAFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunub.
Komitə müvafiq qərarlar verib. "Kəpəz" - "Neftçi" oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə Gəncə klubu 1000 manat cərimə edilib.
"Turan Tovuz" - "Araz-Naxçıvan" görüşündə 6 futbolçusu sarı vərəqə alan qərblilər 700 manat cərimələnib. 4 oyunçusu xəbərdarlıq alan qonaqların da cəzası eyni olub. Naxçıvan təmsilçisinin futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 3000 manat ziyana düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31