Ronaldodan 750-ci qol
12 Mart 2024 10:32 İdmanKriştiano Ronaldo klub karyerasında 750-ci qolu vurub.
Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, portuqaliyalı ulduz şərəfini qoruduğu "Əl-Nəsr"in Çempionlar Liqasındakı matçında fərqlənib.
O, "Əl-Əyn"lə görüşdə rəqib qapısına yol tapıb. Ronaldo 118-ci dəqiqədə penaltidən fərqlənməklə oyunu əlavə vaxta daşıyıb. Lakin bu qol onun komandasının yarımfinala yüksəlməsi üçün yetərli olmayıb - 4:3, pen. 1:3.
39 yaşlı portuqaliyalı bununla da klub karyerasındakı qol sayını 750-yə çatdırıb. O, bu qollara "Sportinq", "Mançester Yunayted", "Yuventus" və "Əl-Nəsr"də imza atıb.
Qeyd edək ki, Kriştiano "Əl-Nəsr"də 39 matçda 35 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31