Ançelotti türkiyəli futbolçudan danışdı: "Vurduğu qol..."
11 Mart 2024 19:52 İdman"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu Arda Güləri tərifləyib.
Olaylar.az report-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Ançelotti Gülərin ilk qolu barədə danışarkən futbolçu haqqında xoş fikirlər səsləndirib: "Arda Gülər potensial vəd edən oyunçudur. O, böyük istedada malikdir. Vurduğu qol da maraqlı alındı. Çünki Arda bir o qədər işlək olmayan ayağı ilə fərqləndi. Onun "Real"da böyük gələcəyi olacaq. Hazırda türkiyəli futbolçudan razıyıq və ona güvənirik".
Qeyd edək ki, İspaniya çempionatının 28-ci turunda keçirilən "Real" - "Selta" (4:0) matçında Arda Gülər "Kral klubu"nun dördüncü qoluna imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31