Messinin yoxluğu "İnter Mayami"yə baha başa gəldi
11 Mart 2024 15:38 İdman"İnter Mayami" "Klub de Foote Monreal" klubunu qəbul edib.
Olaylar.az bildirir ki, görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin qollarına Fernando Alvares, Matias KoKaro və İbrahim Sunusi imza atıb.
"İnter Mayami"nin heyətində isə Leonardo Kampana və Xordi Alba fərqlənib. Argentinalı hücumçu Lionel Messi bu matçda heyətdə yer almayıb.
Qeyd edək ki, "İnter Mayami" mövsümdə ilk məğlubiyyətini alıb. Daha əvvəl komanda iki qələbə qazanıb, bir görüşü isə heç-heçə başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31