FİFA-dan Türkiyə klubuna ağır cəza
7 Mart 2024 10:28 İdmanFİFA Türkiyənin "Konyaspor" klubunu cəzalandırıb.
Olaylar.az xəbər verir ki, buna Superliqa təmsilçisinin bəzi futbolçulara borcunun olması səbəb olub.
Buna görə klub 3 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.
Konya təmsilçisi futbolçuların ödənişlərini etməsə, cəza qüvvəyə minəcək və klub 2024/2025 yay və qış, eləcə də 2025/2026 yay transfer dönəmində heyətinə futbolçu qata bilməyəcək. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31