Urmiya klubundan kürdlərin ərazi iddiasına - Cavab
6 Mart 2024 14:29 İdmanMartın 5-i "Təxti" stadionunda "Nəvəd-Urmiya" milli futbol komandası "Petropalayeş Şazənd" komandası ilə matçdan öncə son parlament seçkilərinin Qərbi Azərbaycan əyaləti üzrə nəticələrinə reaksiya göstərib.
Olaylar.az xəbər verir ki, bu haqda güneyli milli fəallar məlumat yayıb.
Məlumata görə, komandanın oyunçuları əllərində "Azərbaycanın ürəyi Urmiya" yazılı banner qaldıraraq, kürd millətinə mənsub ayrı-ayrı şəxslərin, təşkilatların və medianın ambisiyalarını pisləyiblər.
Bununla yanaşı, azarkeşlər də "Azərbaycan" şüarı səsləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31