Bu klubun azarkeşlərindən "Messi" ŞÜARI: Ronaldo ƏSƏBİLƏŞDİ
5 Mart 2024 15:47 İdmanDünən "Əl-Ayn" və "Əl-Nəsr" komandaları arasında görüş baş tutub.
Olaylar.az bildirir ki, görüş "Əl-Ayn"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Qarşılaşma zamanı "Əl-Ayn" azarkeşləri "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo topa toxunanda Lionel Messinin adını səsləndiriblər.Onlar bu hərəkətlə Ronaldonu qıcıqlandırmağa çalışıblar.
Xatırladaq ki, daha əvvəl "Əl-Şabab"ın azarkeşləri də "Əl-Nəsr"lə matçda Messinin adını qışqıraraq, Ronaldonu qıcıqlandırıblar. Dünya ulduzu əsəbiləşərək azərkeşlərə nalayiq jest göstərib. O, buna görə həm pul cəzasına məruz qalıb, həm də 1 oyundan diskalifikasiya edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31