AFFA millinin məşqçilərini açıqladı

Azərbaycan milli komandasını bu ay keçiriləcək oyunlara çıxaracaq məşqçilər bəlli olub.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq "FİFA series - Edition 2024" layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşmalarda yığmamıza Arif Əsədov başçılıq edəcək. Onun rəhbərlik etdiyi məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev yer alacaqlar.

Qeyd edək ki, saat 20:00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31