Neymar yenidən Messi ilə oynamaq istəyir
4 Mart 2024 14:06 İdmanSəudiyyə Ərəbistanın "Əl-Hilal" klubunun futbolçusu Neymar argentinalı ulduz Leo Messi haqqında maraqlı fikirlər səsləndirib.
Olaylar.az xəbər verir ki, brazilyalı oyunçu onunla yenidən oynamaq arzusunda olduğunu bildirib.
O, Messi ilə meydanda münasibətlərinin bitdiyini düşünmür: "Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Leo əla insandır. Futbolda hər kəs onu tanıyır. Düşünürəm ki, o, çox xoşbəxtdir". (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31