Ronaldunun karyerasını sonlandıracağı tarixi açıqladı

Kriştianu Ronaldu iki ildən sonra təqaüdə çıxa bilər.

Olaylar.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes məlumat verib.

"Bəlkə bir il, bəlkə də iki il sonra Ronaldu karyerasını başa vura bilər", - Corcina bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldu 20 oyun keçirib, 22 qol vurub. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31