Döyülən hakim derbi matçına təyinat aldı

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində martın 3-ü keçiriləcək "Beşiktaş" "Qalatasaray" derbisini baş hakim Halil Umut Meler idarə edəcək.

Olaylar.az xəbər verir ki, ötən il dekabrın 11-də keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" (1:1) matçında döyülərək xəstəxanaya yerləşdirilən referi 3 ay sonra yaşıl meydanlara qayıdacaq.

O, İstanbul derbisində fit sahibi olacaq.

Qeyd edək ki, Halil Umut Melerin ötən il baş tutan "Ankaragücü" - "Çaykur Rizespor" (1:1) matçında verdiyi qərarlardan narazı qalan meydan sahiblərinin prezidenti Faruk Koca referini yumruqla vurmuşdu. Hakim aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilmişdi. Faruk Koca isə "Ankaragücü"nün prezidenti postundan istefa vermişdi. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31