Sabirabad mərkəzi stadionunda təmir işləri yekunlaşmaq üzrədir- ÖZƏL

"Sabirabad mərkəzi stadionunda həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir. Stadionun ot örtüyü yenilənib, suvarma sistemi təmin edilib. Stadion ərazisindəki iki inzibati binanın biri tam təmir edilib, digərində isə təmir işləri növbəti 10 gün ərzində yekunlaşacaq". "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov məlumat verib. Bildirib ki, meydançanın ətrafında eni 5 metr, uzunluğu 500 metr ölçülərində velosiped və yürüyüş zolağı salınıb: "Eyni zamanda stadionun işıqlandırılması üçün 4 böyük işıqlandırma bloku quraşdırılıb. Mövcud olan 5 tamaşaçı oturacağa da aidiyyəti qurumlar tərəfindən baxış keçirilir. Bəzi tamaşaçı blokları qəzalı vəziyyətdədir. Bəziləri isə təmirə yararlıdır. Aidiyyəti qurumların ekspert rəyindən sonra yararlı olan tamaşaçıların əyləşəcəyi oturacaq blokları da təmir ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31