"Qarabağ" - "Bayer" oyununa biletlər bu tarixdən satışa çıxarılacaq
29 Fevral 2024 14:30 İdmanAvropa Liqasının 1/8 final mərhələ oyunu üçün "Qarabağ" - "Bayer" matçına biletlərin satış vaxtı bəlli olub.
Olaylar.az offsideplus.az-a istinadən bildirir ki, biletlər 1 mart tarixində satışa çıxarılacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Qeyd edək ki, "Qarabağ" - "Bayer" matçı 7 mart saat 21:45-də baş tutacaq. Cavab oyunu 1 həftə sonra Leverkuzendə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31