Millimiz Litvanı məğlub etdi

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, V qrupda mübarizə aparan millimiz 3-cü turda Litva ilə münasibətlərə aydınlıq gətirib.

İlk 2 turu məğlubiyyətlə başa vuran komandaların qarşılaşması həndbolçularımızın qələbəsi ilə başa çatıb. Bakı İdman Sarayında keçirilən oyunun ilk hissəsi heç-heçə yekunlaşıb. Son dəqiqələrdə daha dəqiq oynaya yığmamız 35:33 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupda ilk qələbəsini qazanan milli 3-cü pilləyə yüksəlib. Qrupun digər matçında Şimali Makedoniya öz meydanında İspaniya ilə qarşılaşacaq.

Avropa çempionatı, seçmə mərhələsi
V qrup, 3-cü tur
Azərbaycan - Litva - 35:33 (18:18)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31