Azərbaycan Premyer Liqasında bu oyunun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XXV turunun cədvəlində dəyişiklik edilib.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

"Sumqayıt" - "Kəpəz" oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq. Buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurların yekunlaşması səbəb olub.

Qeyd edək ki, turun açılış matçı martın 1-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31