“Qarabağ”ın qələbəsi regionu yenidən qarışdırmaq istəyən qüvvələrə cavabdır- Deputat

"Xocalıda törədilənlər Ermənistanın dövlət siyasətinin mahiyyətini ortaya qoyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib. Deputat bildirib ki, Xocalı qurbanlarının ruhu artıq şaddır: "Çünki Xankəndidə bayrağımızın dalğalanması ilə yeni dövrün təməli qoyuldu. Xocalı şəhərində soyqırım qurbanlarının xatirəsinə abidə ucaldılmalıdır".

Deputat qeyd edib ki, dünən "Qarabağ" FK-nın qələbəsi regionu yenidən qarışdırmaq istəyən qüvvələrə cavabdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31