“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb
22 Fevral 2024 14:44 İdmanUEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və "Braqa" komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.
Olaylar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.
Qeyd edək ki, bu gün reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı ilk matçda "Qarabağ" 4:2 hesablı qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31