“Qarabağ”ın oyununu stadiondan izləyəcəyəm - Nazir“Qarabağ”ın oyununu stadiondan izləyəcəyəm - Nazir
21 Fevral 2024 12:11 İdman"Qarabağ"a uğurlar arzu edirəm".
Olaylar.az xəbər verir ki, bunu İdman.biz-ə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunu haqda fikirlərini bildirib.
Qayıbov görüşü stadiondan izləyəcəyini və Azərbaycan çempionuna inandığını vurğulayıb: "Sabah hamımız stadiondayıq. Hamınızı da görüşə dəvət edirəm. İnanıram ki, stadion azarkeşlərlə dolu olacaq. Hamımız komandamıza inanırıq və uğurlar arzu edirik".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31