Almaniyanı dünya çempionu edən futbolçu vəfat edib

Almaniya millisinin veteran futbolçusu Andres Breme vəfat edib.

Olaylar.az İdman.biz-ə istinadən xəbər verir ki, 64 yaşlı dünya çempionunu  ürək tutmasından vəfat etdiyi bildirilir.

Lakin bu, hələlik təsdiqlənməyib.

Andres Almaniya millisinin heyətində 1990-cı ildə dünya çempionu olub. O, Argentina ilə finalda qələbə qolunun müəllifidir.

Breme futbolçu karyerasında Bundesliqada 301 oyun keçirib. Karyerasını bitirdikdən sonra onun qısa məşqçilik dönəmi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31