Fransa klubu italiyalı baş məşqçisi ilə yollarını ayırdı

"Marsel"in baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, italiyalı mütəxəssisin işindən uzaqlaşdırılması ilə bağlı bu gün səhər klub tərəfindən məlumatlandırıldığını qeyd edib.

Qeyd edilir ki, Cennaro Qattuzo ötən ilin sentyabrında Liqa 1 təmsilçisinə baş məşqçi təyin edilmişdi. Komanda hazırda Fransa çempionatında 30 xalla 9-cu pillədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31