"Qarabağ"ın oyunçusu Avroliqada həftənin ən yaxşısı adına namizəddir
16 Fevral 2024 11:25 İdmanAvropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Olaylar.az xəbər verir ki, onların arasında "Qarabağ"ın oyunçusu Abdullah Zubir də var. 32 yaşlı yarımmüdafiəçi Portuqaliya "Braqa"sına qarşı səfər matçında 2 qol vurub və 1 qolun ötürməsini edib.
Digər namizədlər isə "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anhel Di Mariyadır.
Qalib UEFA-nın saytındakı səsvermənin nəticəsində müəyyənləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31