"Neftçi" "Spartak"la yoldaşlıq oyunu keçirəcək - Rəsmi

"Neftçi" PFK və "Spartak" Moskva klubları arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. 

Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, matçın martın 23-ü "Neftçi Arena"da oynanılması nəzərdə tutulub.

Qeyd edək ki, ötən il iyulun əvvəlində komandalar Moskvada yoldaşlıq oyunu keçirib. Sözgedən matçda "Neftçi" "Spartak"a 0:2 hesabı ilə uduzub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31