"Fənərbaxça"dan hücumçu transferi

"Fənərbaxça" hücum xəttini gücləndirib.

Olaylar.az xəbər verir ki, "Fatih Karagümrük"dən Sərdar Dursun icarəyə götürülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçu mövsümün sonuna kimi "Fənərbaxça"da çıxış edəcək.

Qeyd edək ki, Sərdar Dursun 2023-cü ilin yayında "Fənərbaxça"dan ayrılaraq azad agent kimi "Fatih Karagümrük"ə keçmişdi. Türkiyə millisinin üzvü bu mövsüm "Fatih Karagümrük"də 22 matçda 3 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31