AÇ-2024: Rusiya güləşçilərinə viza verilməyib
9 Fevral 2024 19:30 İdmanRusiyanın 10 sərbəst güləşçisindən 7-si Rumıniya keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.
Olaylar.az xəbər verir ki, buna səbəb təşkilatçı ölkənin viza verməkdən imtina etməsidir.
Rusiya güləşçiləri turnirdə neytral statusda iştirak edəcəklər. Qərara əsasən, Zaur Uquyev, Kurban Şirayev, David Bayev, Xalid Yahiyev, Artur Nayfonov, Abdulraşid Sadulayev və Abdulla Kurbanov Avropa çempionatına yollana bilməyiblər. Federasiya problemi aradan qaldırmaq üçün qarşı tərəflə danışıqlara başlayıb.
Qeyd edək ki, Buxarest şəhərində təşkil olunacaq qitə çempionatı fevralı 12-dən 18-nə kimi davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31