Fənərbağça” satdığı futbolçunu yenidən geri qaytardı
9 Fevral 2024 18:08 İdmanTürkiyənin "Fənərbağça" komandası sabiq futbolçusu Sərdar Dursunu yenidən heyətinə qatıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, İstanbul nəhəngi 32 yaşlı hücumçunu "Fatih Karagümrük"dən cari mövsümün sonunadək icarəyə götürüb. Türkiyə millisinin üzvü ötən ilin yayında "Fənərbağça"nı tərk etmişdi.
Qeyd edək ki, Sərdar Dursun bu mövsüm 25 oyunda 6 qolla yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31