Ronaldo qəzəblənib, ədəbsiz hərəkət edib - VİDEO
9 Fevral 2024 13:20 İdmanPortuqaliya millisinin və "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında xoşagəlməz hadisənin iştirakçısı olub.
Olaylar.az xəbər verir ki, 39 yaşlı hücumçu "Əl-Hilal"la yoxlama oyunu zamanı rəqib azarkeşlərlə münaqişəyə girib.
Matç ərzində Ronaldonun topa hər toxunuşu zamanı fanatlar Lionel Messinin adını səsləndirməklə portuqaliyalını qəzəbləndirib. O, tribunaların altında yerləşən soyunub-geyinmə otağına gedərkən qalmaqal daha da böyüyüb. Həmin vaxt fanatlar klubun şərflərini ona atıblar. Əsəblərini cilovlaya bilməyən Kriştiano onlardan birini götürərək ədəbsiz hərəkəti ilə azarkeşlərə tərəf tullayıb.
Qeyd edək ki, Ronaldonun komandası yoxlama oyununda 0:2 hesabı ilə uduzub. (İdman.biz)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31