Yaxın Şərq futbol tənzimləyiciləri FİFA-dan İsraili beynəlxalq turnirlərdən uzaqlaşdırmağı xahiş edir - ÖZƏL

Olaylar.az xəbər verir ki, bir sıra Yaxın Şərq ölkələrinin milli futbol federasiyaları FİFA -ya birgə məktub göndərərək, İsrail milli futbol komandasının beynəlxalq turnirlərdən kənarlaşdırılmasını xahiş ediblər.
"Yaxın Şərqin bir qrup futbol assosiasiyası dünya futbol rəhbərlərindən Qəzzada HƏMAS-a qarşı müharibəyə görə İsrailin qadağan edilməsini istəyib" - bildirilib.
Məktubu Fələstin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla 12 Yaxın Şərq ölkəsinin futbol assosiasiyalarını təmsil edən rəsmilər imzalayıb.
İsrail Futbol Assosiasiyasının baş direktoru Niv Qoldşteyn Sky News-a bildirib ki, FİFA siyasəti idmanla qarışdırmaqdan çəkinməlidir.
"Mən FİFA-ya güvənirəm ki, futbola siyasətə qarışmasın", - Britaniya yayımçısı Qoldşteyndən sitat gətirib.
Keçən ay Beynəlxalq Buz Hokkey Federasiyası (IIHF) təhlükəsizlik problemlərini əsas gətirərək İsrail yığmasını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31