"Qalatasaray" seçim qarşısında: ya azərbaycanlı, ya alman
6 Fevral 2024 11:46 İdman"Qalatasaray" heyətini sol cinah müdafiəçisi ilə gücləndirmək istəyir.
Olaylar.az offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 2 seçim qarşısında qalıb. "Sarı-qırmızılar" "Hannover"dən Derrik Köhn və "Qarabağ"dan Toral Bayramov ikilisindən birini transfer etmək istəyir.
"Qalatasaray"ın futbol direktoru Cenk Ergün Toralın oyununu canlı izləyib və klubuna müsbət rəy verib.
Türkiyə mətbuatına görə Okan Buruk da Toralın transferini istəyir. Hər iki cinahda oynaya bilməsi azərbaycanlının bu transferdə üstünlüyüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31